İcarə avtomobillərə tələbat artıb - QİYMƏT - VİDEO

Avtoxəbər 27 İyul 2019 00:20 Oxunub 2933
İcarə avtomobillərə tələbat artıb - QİYMƏT - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvələr müştərilər ilə problemə tez-tez rast gəlinirdisə, artıq sürücülər maarifləndiyindən belə hallar xeyli azalıb

Yay aylarında səyahət edənlər artdığından avtomobil icarəsində də canlanma müşahidə edilir. Qiymətlər isə günlük 50-300 manat arasında dəyişir. Əsas tələb nisbətən ucuz maşınlaradır.

 

Avtosfer.az-ın məlumatına görə, müştəri sürücü istədikdə bu qiymətlərin üzərinə günlük 20-30 manat əlavə edilir.

 

Mütəxəssislər isə deyirlər ki, bəzi sürücülər müqaviləni oxumadıqları üçün sonradan hər hansı hadisə zamanı şirkətdən narazı qalırlar.

 

Bundan başqa, sürücüdən kiçik ziyanlara görə franşizə məbləği də alınır ki, qəza zamanı bu da sürücüyə qaytarılmır. Üstəlik, təmir müddətində də sürücü əlavə ödəniş etməlidir.

 

Avtomobilləri icarəyə verənlər isə deyirlər ki, əvvələr müştərilər ilə problemə tez-tez rast gəlinirdisə, artıq sürücülər maarifləndiyindən belə hallar xeyli azalıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh