İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub
Avtoxəbər 27 Iyul 2019 09:58 338 dəfə oxunub
İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub
Hazırda axtarışlar davam etdirilir

İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, qətl hadisəsi iyulun 20-də rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, əslən Füzuli rayonundan məcburi köçkün düşmüş və İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu yaxın qohumu, Füzuli rayonunun Horadiz şəhərində qeydiyyatda olan 1969-cu il  təvəllüdlü Verdiyev Polad Ərşad oğlunu dəmir parçası ilə vuraraq öldürüb. Daha sonra cəsədi yaxınlıqda olan gölə atıb. Hazırda cəsədin sudan çıxarılması üçün FHN-in dalğıcları əraziyə cəlb edilib, axtarışlar davam etdirilir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh