Bakıda polis əcnəbinin pulqabısını taparaq sahibinə qaytarıb

Yol polisi 27 İyul 2019 17:37 Oxunub 1321
Bakıda polis əcnəbinin pulqabısını taparaq sahibinə qaytarıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə festivalın üçüncü günündə baş verib

Polis “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək üçün Azərbaycana gələn Avstriya vətəndaşının içərisində sənədlər və pul olan pulqabısını taparaq sahibinə qaytarıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, hadisə festivalın üçüncü günündə baş verib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyunun polis kiçik serjantı Vəliyəddin Məmişov “Atletlər kəndi”ndə xidmətdə olan zaman yerdən tapdığı pulqabını götürüb və dərhal bu barədə tağım komandirinə məlumat verib.

O, təlimata uyğun hərəkət edərək pulqabını “Atletlər kəndi”ndə yerləşən “Tapıntı Bürosu”na təhvil verib. Təhvil-təslimdən sonra pulqabının Avstriya vətəndaşına məxsus olduğu və içərisində sənədlərlə birlikdə 280 avro olduğu məlum olub.

Qeyd edək ki, polis kiçik serjantı V.Məmişov bu ilin əvvəlindən daxili işlər orqanlarında xidmətə başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh