Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi - Sürücülərin DİQQƏTİNƏ - FOTO

Yol polisi 27 İyul 2019 20:49 Oxunub 6859
Yol polisi dünya təcrübəsini Azərbaycanda tətbiq etdi - Sürücülərin DİQQƏTİNƏ - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xosrov Nəcəfov : "Bu addım yol qəzalarının qarşısının alınmasına xidmət edir"

Yol polisi Azərbaycanda yol nəqliyyat hadisələrinin qarşısını almaq, sürücüləri qaydalara əməl etməyə vadar etmək üçün yeni təcrübəyə keçib. Avtosfer.az xəbər verir ki, bu gündən etibarən yollarda YPX avtomobillərinin maketləri quraşdırılıb. Maket kənardan baxanda patrul avtomobili kimi görünür.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, bunlar daşına bilən maketlərdir və tez-tez yeri dəyişdirilir. Odur ki, sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq. Maketdir deyə qaydaları pozmayın. Bir gün maket həqiqi patrul avtomobili ola bilər və siz cərimələnə bilərsiniz.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini , polkovnik Xosrov Nəcəfov Avtosfer.az-a bildirib ki, yol polisi bununla bağlı Daxili İşlər Nazirliyinə təklif vermişdi. "Nazirlik tərəfindən bu, qəbul olundu. Hazırda bir çox dövlətlərdə - Rusiya, Türkiyə bir çox ölkələrdə bu tətbiq olunur. Effekti də var. Sürücü nəqliyyat vasitəsini idarə edən zaman uzaqdan düşünür ki, YPX avtomobilidir əgər qaydaları pozursa tez özünü düzəldir. Kəmər taxmayıbsa taxır, sürətli sürürsə sürətini azaldır. Müəyyən müddətdən sonra bu maketlərin yerləri dəyişə bilər. Hətta onların üstündə xüsusi işıqlı mayakları da var. Gələcəkdə üzərinə radar quraşdırılacaq. Həmin maketlərə nəzarət olacaq. Kamera nəzarəti ilə yanaşı YPX əməkdaşları da tez-tez onları yoxlayacaq. Odur ki, Dövlət əmlakı olaraq ona ziyan vurularsa şəxs məsuliyyət daşıyacaq." 

X. Nəcəfov bildirib ki, artıq 6 ədəd maket hazırdır və müxtəlif yerlərdə quraşdırılacaq. "Bu mobil maketlər Bakı-Şamaxı, Bakl-Quba, Bakı-Qazax və s yollarda quraşdırılacaq. Əslində bu sürücünün özü üçün faydalıdır. DYP-nin həəyata keçirdiyi bütün tədbirlər yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçündürş Ola bilər ki, sürətlə hərəkət edən sürücü bunu görərəkən sürətini azaldar və qarşıda törədə biləcəyi qəzadan da yan qaçar."

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh