Maks Ferstappen Almaniya Qran-prisinin qalibi olub

Maraqlı 28 İyul 2019 22:55 Oxunub 1008
Maks Ferstappen Almaniya Qran-prisinin qalibi olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə finişə 20 pilotdan cəmi 13-ü çata bilib

Hokkehaympinq stasionar trasında "Formula 1" üzrə Almaniya Qran-prisi keçirilib.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, mövsümdə sayca 11-ci yarışın qalibi "Red Bull"un pilotu Maks Ferstappen olub.

Finişə 2 dövrə qalmış "Ferrari" pilotu Sebastyan Fettel əvvəlcə "Racing Point"dən Lens Strollu, daha sonra "Toro Rosso"dan Daniil Kvyatı keçərək ikinci yeri tutub. Nəticədə Kvyat üçüncü yerlə kifayətlənib.

"Mercedes" pilotu Lüis Hemilton isə bolidinin ön qanadını qıraraq, mükafatçılar sırasından kənarda qalıb. Böyük britaniyalı sürücü 11-ci yerlə kifayətlənməli olub. Onun komanda yoldaşı Valtteri Bottas və "Ferrari"nin digər pilotu Şarl Lekler isə analoji problemlərlə üzləşərək, finişə çata bilməyib.

Ümumilikdə finişə 20 pilotdan cəmi 13-ü çata bilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh