İsrail raket əleyhinə sistemin Alyaskada sınaqları barədə məlumat yaydı - FOTO

Maraqlı 28 İyul 2019 22:56 Oxunub 1062
İsrail raket əleyhinə sistemin Alyaskada sınaqları barədə məlumat yaydı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qeyd edilir ki, sınaqlar ABŞ-ın Raket əleyhinə müdafiə agentliyi ilə birgə İsrailin Müdafiə Nazirliyi tərəfindən keçirilirdi

İsrail Müdafiə Nazirliyi Alyaskada "Xes-3" raket əleyhinə sisteminmüvəffəqiyyətli sınaqlarını keçirdi.

Avyosfer.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinə istinadən The Times of Israel bildirib.

"Xes-3" atmosferdən kənarda, əvvəl görmədiyimiz yüksəklik və sürətlərdə ballistik raketləri müvəffəqiyyətlə yaxaladı", - İsrailin baş naziri Binyamin Netanyaxu bildirdi.

"Xes-3" raket əleyhinə müdafiə kompleksi böyük yüksəkliklərdə və atmosferdən kənarda hədəflərin ələ keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edilir ki, sınaqlar ABŞ-ın Raket əleyhinə müdafiə agentliyi ilə birgə İsrailin Müdafiə Nazirliyi tərəfindən keçirilirdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh