Sivasda Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər

Maraqlı 28 İyul 2019 23:02 Oxunub 1153
Sivasda Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
TÜDEMSAŞ-ın baş direktoru hazırda BTQ dəmiryolunda şirkətin 150 yük vaqonu ilə yük daşındığını da nəzərə çatdırıb

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttində yükdaşımalar ilə əlaqədar Türkiyənin Sivas vilayətində Azərbaycan üçün yük vaqonları istehsal edilə bilər.

 

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə TÜDEMSAŞ-ın (Türkiyə Dəmiryolu Makinaları Sənayesi Anonim Şirkəti) baş direktoru Məhmət Başoğlu məlumat verib.

 

Baş direktor hazırda bununla əlaqədar Azərbaycan tərəfilə müzakirə aparıldığını açıqlayıb. Türkiyə və Azərbaycan arasında dəmir yolları xətləri fərqli olduğundan 2 vaqon nümunəsi hazırlanıb və testdən keçiriləcək. Razılaşma əldə olunarsa, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə imzalanacaq müqavilə çərçivəsində 36 milyon dollar dəyərində 600 vaqon istehsal olunacaq.

 

TÜDEMSAŞ-ın baş direktoru hazırda BTQ dəmiryolunda şirkətin 150 yük vaqonu ilə yük daşındığını da nəzərə çatdırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh