Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO

Qaydalar 29 İyul 2019 07:01 Oxunub 1377
Göyçayda yük maşını qoyun sürüsünü vuraraq tələf edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göyçay rayonunda çoxsaylı heyvan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 205-ci km-də, rayonun Bığır kəndi ərazisində qeydə alınıb. Ağsudan Göyçay istiqamətində hərəkətdə olan Ucar rayon sakini Mütəllim Bağıyevin idarə etdiyi yük avtomobili yolda olan qoyun sürüsünü vurub. Nəticədə Göyçay rayon Bığır kənd sakini Eldəniz Cəbrayılova məxsus 27 baş qoyun tələf olub.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh