Yol vermək üstündə dava: qadın “kabluku” çıxarıb... - VİDEO

Avtosfer TV 29 İyul 2019 12:02 Oxunub 1242
Yol vermək üstündə dava: qadın “kabluku” çıxarıb... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Havada uçan adam məlumatlandırıcı nəqliyyat dirəyinə çırpıldı

İngiltərədə yol vermək üstündə sürücülər arasında dava düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident dünən axşam saatlarında Nyukasl şəhərində baş verib. Məlumata görə, iki şəxs yol vermək üstündə qadın sürücü ilə mübahisə edib. Bundan sonra qadın mübahisə etdiyi 2 nəfərin avtomobilinə doğru irəliləyib. Qadın dabanlı ayaqqabısını çıxararaq maşının ön şüşəsinə vurmağa başlayıb. Hirslənən sürücü avtomobilinə minərək əvvəlcə qadını, sonra da səkidə hərəkət edən bir kişini vurub. Əsəbiləşən kişi onu vuran maşının qapısını açmağa çalışıb. Lakin, sürücü avtomobili ilə kişini daha bir dəfə vuraraq onu havaya qaldırıb. Vurmanın şiddətindən havada uçan adam məlumatlandırıcı nəqliyyat dirəyinə çırpılaraq yerə düşdü.

Yerli KİV-lər, polisin hadisə ilə bağlı araşdırmalara başladığını bildiriblər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh