Yol polisinin maketlərini ələ salan “maket düşüncəli” sürücülərə dron lazımdır? - RƏY

Yazarlar 29 İyul 2019 12:55 Oxunub 2490
Yol polisinin maketlərini ələ salan “maket düşüncəli” sürücülərə dron lazımdır? - RƏY
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biləcəridən o yana keçməyənlərin dünya təcrübəsindən danışması gülüncdür

Dünəndən baxıram nəqliyyat təhlükəsizliyindən başı çıxan da, çıxmayan da, tökülüşüb DYP avtomobillərinin maketini tənqid edir. Əslində, burada tənqid ediləsi bir tərəf varsa o da bizim yaramaz, hər gün qayda pozan sürücülərimizdir. Qoy onlar utansınlar. Utansınlar ki, yol polisi şüurlu insana taxta parçası ilə nəsə demək istəyir, sürət həddini aşmağın qarşısını almağa çalışır, qayda pozanları qayda pozmamağa səsləyir. Qoy onlar utansın ki, şüurlu insan özünü, ailəsini düşünmür, amma taxta parçasını görəndə qorxur.


Çoxları deyir, Avropada bundan çoxdan istifadə ediblər, nəticəsi yoxdur. Hardan bilirsən yoxdur? Necə yoxdur ki, dünyada bu cür maketlərdən geniş istifadə olunur və fərqli formaları tətbiq edilir? Bildiyinizi danışın, bilmədiyinizi də öyrənin.
Rusiyada bu maketlərin fərqli formalarından bu gün də istifadə olunur. Türkiyədə də yenilənib. Azərbaycanda yenilikdir deyə topa tutmaq lazım deyil. Maketlərin qoyulduğu ərazidə yaşayan, işləyən insanlarla danışmışıq, hamısı deyir ki, dünəndən başlayaraq hər gün oradan yüksək sürətlə keçən sürücülər indi 50-60 sürətlə gedirlər. Bunun harası pisdir?


Biri yazıb ki, maketlər təhlükəlidir, çünki sürücülər onu görüb qəfil tormoz verəcək, qəza olacaq. Adama deyərlər, ay insan, ay şüurlu varlıq, bəs sənin fikrin nədir? Yollar nəzarətsiz qalsın, sən də kef sürəsən, istədiyini edib cəmiyyətə ziyan vurasan?
Cəmiyyət demişkən, belə maketlərdən, müqəvvalardan həşaratları, heyvanları və quşları təsərrüfatlara ziyan vurmaması üçün istifadə edirlər. Yəni, heyvanlar onları gerçək zənn edib yaxın gəlmirlər. İndi başıpozuq sürücü kütləsi də dərk etsin ki, yol polisi onları xəbərdar etmək istəyir. Sadəcə onu demək istəyir ki, cəmiyyətimizə, ailinə və özünə ziyan vurmayasız.
Bu cür maketlərdən birinin fotosunu dünən feysbookda çoxları paylaşdı. Maket aşıb və əzilib. Hamı da yazır ki, yol polisinin qoyduğu maketi külək dağıdıb. Bəli, maket dağılıb, amma o maketin üzərində “Trafik Polisi” yazısını oxumağa ərincəklik edən, bu hadisənin Türkiyədə baş verdiyini dərk etməyən varlığın beyni çoxdan dağılıb. Niyə hər şeyə qara yaxmağa çalışırlar? Niyə kimsə düşünür ki, bu maketlər heç bir təsir göstərməyəcək?
Təsirsiz olsaydı Rusiya, Türkiyə və başqa ölkələr illərdir tətbiq etməzdi axı. Siz bəlkə onlardan daha ağıllı zənn edirsiniz özünüzü? Bu ölkələrdə həmin maketlərin fərqli formaları da hazırlanıb. Fotolarda baxa bilərsiniz. O üzdən də, Biləcəridən o yana keçməyənlərin dünya təcrübəsindən danışması sadəcə, gülüncdür.


Maketlər kamera və radarla təchiz ediləcək, bunu eşidən bəzi intizamsız sürücülər narahatdır. Çünki onlar nəzarətsiz yollar arzusundadırlar, onlar istəmir kamera olsun, radar çəksin. Onlar özlərinin və başqalarının həyatını dəyərsiz sayırlar. Amma polis onlara qaşrı hər yerdə mübarizəni davam etdirir. Ümid edirəm, birazdan yol polisi dron vasitəsilə də sürücülərə nəzarət edəcək. Qoy hamısı bilsin ki, başının üstündə nəzarət sistemi var. Biz axı beləyik, sözlə deyiləndə eşitmirik, əməl etmirik. Ona görə də, vərdiş etmişik ki, başımızın üstündə nəsə olsun, kimsə durub bizə nəzarət etsin. Bax, bu maketlər də nəzarət edən qurğulardan biridir. 
Şəxsən mən yol hərəkətinin təhlükəsizliyi üçün atılan hər bir addımı dəstləkləyirəm və alqışlayıram. Daxili İşlər Nazirliyinə və Baş Dövlət Yol Polisi İdarəsinə buna görə təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə dronlarla nəzarət sistemi də baş tutacaq. Həm də qəzaya düşmüş avtomobilləri respublika əhəmiyyətli yolların kənarlarında nümayiş etdirək. Məncə, faydası olacaq.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh