Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək
Avtodünya 29 Iyul 2019 19:25 627 dəfə oxunub
Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək
Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək. Heydər Əliyev Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün Azərbaycan Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur. Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar.

Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.

 

Namiq

ŞƏRH YAZ
Ad
E-mail
Şərh