Avqustun 1-dən “Lada”ların qiyməti dəyişəcək
Avtobazar 29 Iyul 2019 16:08 384 dəfə oxunub
Avqustun 1-dən “Lada”ların qiyməti dəyişəcək
Qiymətin azalıb-artacağı barədə məlumat yoxdur

“AvtoVAZ” diler mərkəzlərinə göndərdiyi xəbərdarlıqda deyib ki, avqustun 1-dən “Lada” avtomobillərinin qiymətinin dəyişdirilməsi məsləhət görüləcək. Xəbərdarlıqda qiymət dəyişikliyinin azalmağa, yoxsa artırılmağa doğru gedəcəyi haqqında isə məlumat yoxdur.

“2019-cu ilin avqustun 1-dən LADA avtomobillərinin bütün modellərinin qiymətində yeni dəyişiklik olacaq. Diler müqaviləsinin şərtlərinə uyğun olaraq, qeyd olunan tarixdən etibarən bu model üzrə qiymət etiketinə yenidən baxılacaq”, - deyə məlumatda deyilib.

Qeyd edək ki, daha əvvəl şirkət təchizat komponetləri üzrə istehsalı dayandırdı və iyulun 1-dən avtomobillər üzrə pərakəndə qiymətində artıma getdi.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh