Yol polisi son bir həftədə belə işlədi - VİDEO

Yol polisi 29 İyul 2019 16:05 Oxunub 1067
Yol polisi son bir həftədə belə işlədi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda keçirilən beynəlxalq tədbirlər rahat və təhlükəsiz keçib

İyulun 20-dən 28-dək polis paytaxtda gücləndirilmiş iş rejimində çalışıb. Avtosfer.az xəbər verir ki, XV Avropa Gənclərinin Olimpiya Festivalı, eyni zamanda iyulun 22-dən 25-ə qədər velosiped yarışlarının təşkili və "Jara" musiqi festivalının keçirilməsi polisin təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub. Bu müddətdə polis bütün xidməti ilə tədbirlərin yüksək səviyyədə başa çatmasını təmin edib. Bakı şəhərində və digər yerlərdən ezam olunmuş yol polislərinin xidməti isə daha çətin və məsuliyyətli idi. Xüsusilə qeyd etmək lazımdır ki, məhz yol polisi Olimpiya Festivalı zamanı 136 ədəd avtobusla tədbir iştirakçılarının təyin edilmiş ərazilər üzrə təhlükəsiz və rahat çatmasını təmin edib. İdmançıların və şəhərimizin qonaqlarının qarşılanması, yola salınması prosesi də həyata keçirilib. Dövlət Yol Polisi 24 saat fasiləsiz xidmət aparıb.

Qeyd olunan günlərdə tədbir iştirakçıları ilə bağlı hər hansı yol nəqliyyat hadisəsi qeydə alınmadı. Xüsusilə Atletlər kəndindən arenalar istiqamətində tədbir iştirakçılarının vaxtında çatdırılması məhz DYP-nin müşayəti ilə həyata keçirilib. 

Sarı zolaqlarla bağlı bir neçə faktı nəzərə almasaq sürücülərə cərimə yazılmadı. Bu isə həm yol polisinin fəaliyyəti, həm də sürücülərin məsuliyyətini göstərmiş oldu.

Görünən odur ki, artıq sürücülər və yol polisləri arasında qarşılıqlı anlayış nümayiş etdirmək ənənəsi formalaşıb.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh