Şəki DYP maarifləndirmə tədbirlərini davam etdirir

Yol polisi 29 İyul 2019 21:13 Oxunub 1254
Şəki DYP maarifləndirmə tədbirlərini davam etdirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaların intizamının artırılmasına dair tədbirlər davam etdirilir

Yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yol-nəqliyyat hadisələrinin, xüsusilədə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki DYP tərəfindən təbliğat və maarifləndirmə işləri aparılır. Bundan əlavə, piyadaların hərəkəti çox olan yerlərdə onların rahat və fasiləsiz hərəkətini, eləcə də yolun hərəkət hissəsini təhlükəsiz keçmələrini təmin etmək məqsədilə yol şəraiti tərəfimizdən müayinə olunur və həmin ərazilərdə üfiqi nişanlanma xətləri çəkilir, zəruri yol nişanlarının qoyulması təmin olunur. Ötən həftə ərzində (22-28 iyul 2019-cu il) Şəki şəhəri ərazisində piyadaların hərəkəti çox olan yerlərdə piyada keçidlərinin (zebra xəttləri) çəkilməsi istiqamətində müəyyən işlər görülüb.
Aparılmış profilaktiki tədbirlər öz müsbət nəticəsini verir, 2019-cu ilin 6 ayı ərzində xidməti ərazidə piyadaların təqsirindən və azyaşlıların iştirakı ilə heç bir yol nəqliyyat hadisəsi baş verməyib. Şəki DYP tərəfindən piyadaların intizamının artırılmasına dair tədbirlər davam etdirilir.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh