Minik avtomobili təcili yardım maşınına çırpıldı: 7 nəfər yaralandı - FOTO

Avtosfer Foto 30 İyul 2019 12:01 Oxunub 1704
Minik avtomobili təcili yardım maşınına çırpıldı: 7 nəfər yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıblar

Türkiyənin İzmir vilayətində təcili tibbi yardım maşınının və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 29-u axşam saatlarında Əliağa-Foça avtomagistralının Qozbəyli qovşağında qeydə alınıb.

Məlumata görə, Əliağa istiqamətində hərəkətdə olan T.Y.-nin idarəetməsində olan 06 YDN 89 dövlət qeydiyyat nişanlı avtomobil, S.Ö.-nün idarə etdiyi 35 DN 130 dövlət qeydiyyat nişanlı ambulansa arxadan çırpılıb. Nəticədə avtomobilin sürücüsü T.Y., sərnişinləri Y.A., T.S., T.G. və ambulansın sürücüsü S.Ö. və  iki səhiyyə işçisi yaralanıb. Qəza yerinə səhiyyə, xilasetmə və polis briqadaları cəlb olunub. Yaralılardan 6-na ilkin tibbi yardım göstərildikdən sonra ambulanslarla rayon xəstəxanalarına aparılıblar. Vəziyyəti ağır olan Y.A. təcili tibbi yardım helikopteri ilə Yaşılyurd Dövlət Xəstəxanasına çatdırılıb.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh