Bakı metrosundan istifadə edənlərə şad xəbər

Yeniliklər 30 İyul 2019 13:26 Oxunub 2504
Bakı metrosundan istifadə edənlərə şad xəbər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq

Bakıya gətirilən yeni qatarların hazırda depoda sazlama işləri aparılır. Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni qatarlar artıq Bakıya gətirilib. Hazırda qatarların depoda sazlama işləri həyata keçirilir. Bundan sonra isə qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq. B.Məmmədov qeyd edib ki, daha 2 yeni qatar isə avqustun sonlarında Bakıya gətiriləcək və bununla da, cari il üçün nəzərdə tutulan yeni qatarların gətirilməsi yekunlaşacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh