Bakıda yüz minlik avtomobillər belə evakuasiya olunur - FOTOLAR

Avtoxəbər 30 İyul 2019 16:10 Oxunub 7447
Bakıda yüz minlik avtomobillər belə evakuasiya olunur - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evakuasiya edilən avtomobillər arasında qiyməti yüz min manat olanlar da var

Nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin edilməsi və yol hərəkətinin təşkili sahəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tədbirlər davam etdirilir.

Avtosfer.az SalamNews-a istinadən xəbərə verir ki, payxtaxt Bakıda dayanma və durma qaydalarını pozan nəqliyyat vasitələrini BNA tərəfindən müvafiq duracaqlara aparıldığının şahidi olub. Evakuasiya edilən avtomobillər arasında qiyməti yüz min manat olanlar da var.

Qeyd edək ki, şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı aparılır. Sürücülərin diqqətinə çatıdıraq ki, təxliyyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq edilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh