Avtosfer.az | Reklam
Dİqqət: Bu yolda hərəkət qaydaları dəyişdi - 60 manat, 3 bal cərimə
Yeniliklər 31 Iyul 2019 13:54 19258 dəfə oxunub
Dİqqət: Bu yolda hərəkət qaydaları dəyişdi - 60 manat, 3 bal cərimə
Yeni nişanlar quraşdırılıb

Paytaxtın daha bir küçəsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Teymur Elçin və Lermantov küçələrinin kəsişməsində yol hərəkətinin təşkili ilə bağlı dəyişikliklər Dünəndən həmin ərazidə müvafiq yol nişanları da quraşdırılıb. Belə ki, Lermontov küçəsindən Teymur Elçin küçəsinə çıxarkən - Teymur Elçin küçəsində, yəni Bayıl istiqamətindən üzü Teleteatr tərəfə hərəkət edən nəqliyyat vasitələrinə yol vermək tələb olunurdusa, artıq bu qadağa götürülüb. Teymur Elçin küçəsindən Lermontov küçəsinə çıxanda əraziyə "Baş yol" işarəsi quraşdırılıb.

Eyni zamanda Teymur Elçin küçəsi ilə üzü Bayıl istiqamətində hərəkət edərkən sola -  Lermontov küçəsinə (Nazirlər Kabineti tərəfə) dönən sürücülərə də üstünlük verilir. Həmin əraziyə də müvafiq olaraq "Baş yol" nişanı quraşdırılıb. Dağüstü park tərəfdən üzü Teleteatr istiqamətinə hərəkət edən sürücülər isə "yol ver" nişanına diqqət etsələr yaxşı olar. Çünki uzun illərdir həmin ərazidə hərəkət fərqli təşkil edildiyi üçün bəzi sürücülər nişana baxmadan gedirlər.

Bu isə onların 3 bal və 60 manat cərimə olunmasına gətirib çıxara bilər. Hazırkı şəraitdə sürücülər yol ayrıcını keçmə qaydasını pozmuş olurlar.

 

Orxan

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh