Tesla raket texnologiyaları ilə hiperkarı gələn il göstərəcək
Avtobazar 30 Iyul 2019 23:19 221 dəfə oxunub
Tesla raket texnologiyaları ilə hiperkarı gələn il göstərəcək
Elektrokarın illik serial buraxılışı, təxminən, 10 min maşın təşkil edə bilər

ABŞ-ın "Tesla" şirkətinin təsisçisi İlon Mask bildirib ki, gələn ilin sonuna qədər "SpaceX" raketlərinə xas olan əsas parametrləri əldə edəcək elektrik hiperkarının çıxışı olacaq.

Avtosfer.Az ted.az-a istinadən bildirir ki, əvvəllər insayderlər bildirirdilər ki, bu yeniliyin təxmini dəyəri ilkin olaraq 200 min dollar təşkil edə bilər. Bundan başqa, Amerika elektrokarının hərəkət ehtiyatı 900 kilometr göstəriciyə çatacaq. Avtomobil minimum kuzov çəkisinə malik olacaq ki, bunun sayəsində 100 km sürəti əvvəllər 2,1 saniyə deyilməsinə baxmayaraq, cəmi 1,9 saniyəyə yığa biləcək.

Şirkət bu elektrokarın əsas xüsusiyyətlərini hələ açıqlamır, lakin yeniliyin bir sıra inqilabi texnologiyalar əldə edəcəyi ehtimalları var. Elektrokarın illik serial buraxılışı, təxminən, 10 min maşın təşkil edə bilər.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh