“Agent 007”nin avtomobili hərraca çıxarılır - FOTO

Avtodünya 30 İyul 2019 23:58 Oxunub 1930
“Agent 007”nin avtomobili hərraca çıxarılır - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Söhbət “Aston Martin” markalı dörd avtomobilin birindən gedir

 “Agent 007”nin əfsanəvi avtomobili avqust ayında hərraca çıxarılacaq. "Qafqazinfo" xəbər verir ki, söhbət “Aston Martin” markalı dörd avtomobilin birindən gedir. Təşkilatçılar avtomobildə “casus” funksiyalarının hələ də işlək vəziyyətdə olduğunu təsdiqləyirlər.  Avtomobilin içində əsl komanda mərkəzi yerləşir: 1965-ci ildə hələ mövcud olmayan mobil telefon, katapultlu kreslonun düyməciyi, həmçinin xüsusi fırlanan antenaya malik naviqasiya sistemi. Ən başlıcası isə bütün bu qacetlər işlək vəziyyətdədir.

Qeyd edək ki, son 50 il ərzində əfsanəvi avtomobil üç dəfə sahibini dəyişib. Avqustun 15-də avtomobil Kaliforniyanın Monterey şəhərində “Sotheby's” hərrac evi tərəfindən satışa çıxarılacaq.

Ceyms Bondun idarə etdiyi avtomobil ekspertlərin ilkin fərziyyələrinə görə, hərracda 6 milyon dollara satıla bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh