Qayda pozan sürücü yol polisini kapotun üstündə "sürüdü" - VİDEO

Yol polisi 31 İyul 2019 13:57 Oxunub 1602
Qayda pozan sürücü yol polisini kapotun üstündə "sürüdü" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü əmrə tabe olmayıb

Yol polisi əməkdaşı işıqforun qırmızı işığından keçən sürücünü dayandırmaq üçün, avtomobilin üstünə uzanıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılaraq izləyənlər tərəfindən xeyli sayıda şərh alıb. İnsident İndoneziyanın Bandunq şəhərində baş verib.

Belə ki, yol polisi inspektoru işıqforun qırmızı işığından keçən sürücüyə “Dayan” əmrini verib. Lakin sürücü əmrə tabe olmayaraq yoluna davam edib. Bundan sonra inspektor qayda pozan sürücünün avtomobilinin “kapot”unu qucaqlayaraq sürücünü dayandırmağa çalışıb.

Avtosfer.az “Twitter”də paylaşılmış həmin o anların videosunu təqdim edir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh