Bakıda "avtoş"luq edən avtobus sürücüsündən DYP-yə şikayət - VİDEO

Avtoreyd 1 Avqust 2019 00:07 Oxunub 5191
Bakıda "avtoş"luq edən avtobus sürücüsündən DYP-yə şikayət - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əks istiqamətli yola çıxıb və işıqforun qırmızı işığına keçərək təhlükə yaradıb

Bakı şəhər sakini Fərid Süleymanov paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükə yaradan və avtoxuliqanlıq edən avtobus sürücüsünün videosnu yayıb. Avtosfer.az-az xəbər verir ki, vətəndaş həmin videonu Baş Dövlət Yol Polisi İdarəsinə də göndərərək bildirib ki, iyulun 25-də, saat 13:28 radələrində 46 nömrəli marşrut avtobusu (eyniləşmə nömrəsi 28017) Puşkin və Xaqani küçələrin kəsişməsində qoşa xətti taptalayayıb əks istiqamətli yola çıxıb və işıqforun qadağanedici qırmızı işığında keçməklə təhlükə yaradıb. Bununla da o, insanların həyatını təhlükəyə ataraq cəmiyyətə açıqca hörmətsizlik nümayış etdirib. Fərid Süleymanov DYP-dən xahiş edir ki, bu avtoxuliqan sürücü barəsində tədbir görülsün. 
Avtosfer.az görüntüləri təqdim edir:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh