“Kleopatra”nın kabrioleti 400 minə hərraca çıxarıldı - VİDEO

Avtobazar 2 Avqust 2019 13:41 Oxunub 2931
“Kleopatra”nın kabrioleti 400 minə hərraca çıxarıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil Romada film çəkilişi zamanı bir dəfə qəzaya düşüb

Aktrisa Elizabet Teylorun retro kabrioleti avqustun 6-da Nyu-Yorkda hərraca çıxarılacaq. Avtosfer.az “Life.ru”ya istinadən xəbər verir ki, “Rolls-Royce Silver Cloud II Drophead Coupe” ilk görünüşdən üstü açılan (kabriolet), dumanlı yaşıl rəngdədir - aktrisanın göz rəngi kimi. Bu barədə “Guernsey's” hərrac evinin mətbuat xidməti məlumat yayıb.

Sifarişlə hazırlanan bu avtomobil Teylora və həyat yoldaşı pop-müğənnisi Eddi Fişerə 1960-cı ilin dekabrında təslim edilib. Aktrisa kabrioleti “Yaşıl İlahə” adlandırıb.

Bu markadan cəmi 20 ədəd istehsal olunub. Avtomobilin ilkin hərrac qiyməti 400 min ABŞ dollar olmasına baxmayaraq kabriolet 1-2 milyon arası satılması gözlənilir.

Məlumatda qeyd edilir ki, avtomobil Romada, Teylorun “Kleopatra” filminə çəkilişi zamanı bir dəfə qəzaya düşüb. Çəkilişlərdən sonra  avtomobil ABŞ-a gətirilib.

 

Namiq Musayev

Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır!

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh