“Formula 1”də mərhələlərin sayı artırılır

Yarışma 2 Avqust 2019 20:44 Oxunub 1966
“Formula 1”də mərhələlərin sayı artırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2020-ci ildə isə Bakıdakı yarışın 5 – 7 iyunda keçiriləcəyi gözlənilir

“Formula 1” üzrə dünya çempionatında mərhələlərin sayı artırıla bilər. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 2020-ci il mövsümündə mərhələlərin sayının 21 deyil, 22 olacağı gözlənilir. Artıq siyahıya Hollandiya və Vyetnam əlavə olunub. Almaniya Qran Prisi isə təqvimi tərk edəcək.

Hazırda “Formula 1” üzrə dünya çempionatı ardıcıllıqla 21 ölkədə keçirilir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Azərbaycan, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, Meksika, ABŞ, Braziliya və Birləşmiş Ərəb Əmirlikləridir.

Qeyd edək ki, cari mövsümdə Azərbayca Qran Prisi 26 – 28 apreldə olub. 2020-ci ildə isə Bakıdakı yarışın 5 – 7 iyunda keçiriləcəyi gözlənilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh