Yol polisinin yanında “avtoş”luq etdi – Vəsiqəsi əlindən alındı  - VİDEO

Avtoreyd 3 Avqust 2019 00:28 Oxunub 7922
Yol polisinin yanında “avtoş”luq etdi – Vəsiqəsi əlindən alındı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəsimi DYP “Mercedes”lə avtoxuliqanlıq edən sürücü aşkar edib

Bakıda avtoxuliqanlıq edən sürücü Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtosfer.az-ın məlumatına görə, avqustun 1-də, saat 21.44 radələrində 30 yaşlı Cəbrayılov Pərvin Şahmurad oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yol polisinin gözü qarşısında avtoxuliqanlıq edib. Sürücü Neftçilər prospektində - Dəniz Limanının qarşısından başlayaq Yusif Səfərov küçəsinin sonuna qədər sağ-sol manevrlər edib, dəfələrlə sağdan ötmə əməliyyatı aparıb, sürət həddini aşaraq təhlükəli manevrlər edib. Yol polisi onu saxlayaraq maşını cərimə meydançasına aparıb. Sürücü barəsində toplanmış materiallar isə Nəsimi rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Pərvin Cəbrayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Eyni zamanda, o, 600 manat məbləğində cərimə edilib.
Avtosfer.az sürücünün saxlanmasına səbəb olan görüntüləri təqdim edir:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh