Bakıda avtobuslar əlil sərnişini görüb dayanmadı  - Köməyə yol polisi gəldi - VİDEO

Yol polisi 3 Avqust 2019 01:09 Oxunub 3941
Bakıda avtobuslar əlil sərnişini görüb dayanmadı  - Köməyə yol polisi gəldi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus sürücüləri insanlıqdan kənar hərəkətə yol veriblər

Bakıda əlil arabasında olan sərnişin yol kənarında dayanaraq avtobusa minmək istəyib. Amma avtobus sürücüləri sərnişini götürmək üçün dayanmayıblar. Avtosfer.az xəbər verir ki, hadisə dünən Binəqədi rayonu ərazisində - “Baksol yolu” kimi tanınan ərazidə baş verib. Avtobus saxlatdırmağa çalışan əlil sərnişinin cəhdlərinə baxmayaraq sürücülərinin heç biri dayanmayıb. Əlil sərnişin bir neçə avtobusu saxlatdırmaq üçün sürücülərə işarə verib, amma bunun da faydası olmayıb. Bunu görən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 99 YP 486 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan əməkdaşları əlil sərnişinə kömək ediblər. Onlar əlil sərnişinin yanında dayanaraq avtobuslardan birini saxlayıblar. Daha sonra isə hər iki polis əməkdaşı köməkləşərək əlil sərnişini arabası ilə birlikdə avtobusa mindiriblər.
Doğrudur, həmin nöqtədə avtobus dayanacağı yoxdur. Əslində, avtobus sürücüləri dayanacaqdan kənarda dayanmalı deyillər. Amma fakt odur ki, bu gün sağlam sərnişin görəndə yarışa çıxıb avtobusu harada gəldi saxlayan avtobus sürücüləri hələ də var. Videoya baxdıqda belə qənaətə gəlmək olar ki, əlil sərnişinin gedişhaqqı verməyəcəyini düşünərək sürücülər insanlıqdan kənar hərəkət ediblər.
Görüntüləri təqdim edirik:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh