Bu sürücü adam öldürmək üçün yola çıxıb? - 90 MM 886 - VİDEO

Xəbərlər 3 Avqust 2019 08:46 Oxunub 7906
Bu sürücü adam öldürmək üçün yola çıxıb? - 90 MM 886 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün qaydaları pozaraq üç dəfə qəza təhlükəsi yaradıb, sürət həddini aşıb və...

Oxuculardan biri Avtosfer.az-a Gəncə-Tovuz yolunda avtoxuliqanlıq edərək ölüm saçan, bütün qaydaları pozan “Mercedes Ateco” markalı, 90 MM 886 dövlət nömrə nişanlı yük avtomobilinin videosunu göndərib. Videoya tam baxdıqdan sonra belə qənaətə gəlmək olar ki, sürücü qəza törədib adam öldürmək üçün yola çıxıb. O, yolboyul dəfələrə təhlükəli ötmə-manevr hərəkətəri edir, hətta iki dəfə qarşıdan gələn avtomobillərlə toqquşma təhlükəsi yaranır, həmin avtomobillərin sürücüləri qəzadan yayınmaq üçün yoldan çıxmalı olurlar. Dairəyə daxil olarkən konkret qəza şəraiti yaradan sürücü sürət həddini də aşır. Belə ki, təmir gedən yolda sürət həddi saatda 60 km müəyyən edilsə də, yük avtomobili 100-dən yuxarı sürətlə gedir.
Ötmənin qadağan edildiyi yerlərdə belə qarşı yola çıxaraq təhlükə yaradan bu sürücünün ağır şəkildə cəzalandırılacağına ümid edirik.
Qeyd edək ki, videoda 99 GB 969 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil də bütöv xətt olan yerdə qarşı yola çıxaraq ötmə əməliyyatı aparır.
Görüntüləri təqdim edirik:

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh