"Niva" "BMW"ni arxadan vurdu - Sərnişinin başı şüşəni sındırdı- FOTO

Qaydalar 3 Avqust 2019 01:59 Oxunub 6506
"Niva" "BMW"ni arxadan vurdu - Sərnişinin başı şüşəni sındırdı- FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Azadlıq prospektində qeydə alınıb. İsmayılov Mahir Sabir oğlunun idarə etdiyi “VAZ 2121” (“Niva”) markalı minik maşını manevr zamanı idarəetmədən çıxıb və yolun kənarında dayanmış Xasayev Sərdar Yengibar oğluna məxsus “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişin təhlükəsizlik kəmərini taxmadığı üçün başı qabaq şüşəyə dəyib.

Hadisənin səbəbləri araşdırılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh