3 fərqli Günəşin göründüyü planet kəşf olunub
Maraqlı 4 Avqust 2019 09:09 534 dəfə oxunub
3 fərqli Günəşin göründüyü planet kəşf olunub
"LTT 144Ab" adı verilən planet Yerdən 22,5 işıq ili uzaqlıqdadır

Amerikalı elm adamları 3 fərqli Günəşin göründüyü planet kəşf edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) TESS peyki vasitəsilə müşahidə olunan və "LTT 144Ab" adı verilən planet Yerdən 22,5 işıq ili uzaqlıqdadır.

ABŞ-ın Harvard-Smithsonian Astrofizika Mərkəzinin astronomu Cennifer Vintersin fikrincə, planet qırmızı cücələrdən ibarət adı "LTT 1445" olan üçlü ulduz sisteminin ən parlağı olan "LTT 1445A"nın orbitində yer alıb.

Ulduza çox yaxın olan "LTT 1445Ab" Günəşinin ətrafında fırlanma periodunu 5,3 gündə tamamlayır. Buna görə də səthində istiliyin temperaturu 160 dərəcəyə çatır. Yer kürəsindən 1,5 dəfə böyük olan "LTT 144Ab"nin atmosferində metan və karbon-dioksid kimi qazlar olduğu bildirilib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh