Sürücüdən “qaçan” avtomobil 3 maşına ziyan vurdu - VİDEO

Avtosfer TV 4 Avqust 2019 11:38 Oxunub 1817
Sürücüdən “qaçan” avtomobil 3 maşına ziyan vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkə istifadəçiləri bunun necə baş verdiyini tapmağa çalışıblar

Başqırdıstanda sürücüdən “qaçan” avtomobil bir neçə nəqliyyat vasitəsinə ziyan vurub. Avtosfer.az xəbər verir ki, insident Sterlitamak rayonunun İnşaatçılar küçəsində baş verib. Kadrlar bir sakin tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınıb.

Görüntülərdə, üç qadının maşının yanında dayandığı görülür. Qadınlardan biri salondan körpəni götürərək qucağına alır. Anidən avtomobil bilinməyən səbəblərdən hərəkət etməyə başlayır və qadınlar onu dayandırmağa çalışırlar. Lakin onlardan biri hadisə əsnasında büdrəyərək qucağındakı körpəni yerə salır. Bir neçə dəqiqənin içində yaşanan bu hadisədə avtomobil 3 nəqliyyat vasitəsinə çırpıldıqdan sonra dayan bilir.

Sosial şəbəkə istifadəçiləri bunun necə baş verdiyini tapmağa çalışıblar. Onlardan kimisə istehsal edən zavodu günahlandırıb, kimisi də salonda daha bir uşağın olmasını və onun maşını işə salması şərhlərini yazaraq əlavə ediblər.

Avtosfer.az “Vesti.ru”ya istinadən baş verən hadisənin videosunu təqdim edir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh