Qazları vuran sosial şəbəkə “Ulduzu” - VİDEO

Avtosfer TV 4 Avqust 2019 13:14 Oxunub 1526
Qazları vuran sosial şəbəkə “Ulduzu” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisədən sonra qadın özü də müvazinətini itirərək yıxılıb

Sosial şəbəkələrdə qadın moped sürücüsünün törətdiyi qəribə qəzanın görüntüləri yayımlanıb. Avtosfer.az məlumat verir ki, hadisə Rusiyada qeydə alınsa da, dəqiq hansı əyalətində baş verdiyi qeyd edilməyib.

Görüntülərdə, qadın moped sürücünün kənd yolunda həddindən artıq sürətlə hərəkət edərək qarşısına çıxan bir neçə qazı vurduğu görülür. Nəticədə qadın özü də müvazinətini itirərək yıxılır.

Xoşbəxtlikdən nə sürücü nə də ki, qazlar xəsarət alıb.

İnsidentin kadrları hərəkətdə olan minik avtomobilinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az “Johnny” adlı istifadəçiyə istinadən baş verən qəzanın videosunu təqdim edir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh