Polislər özlərini ölümə atıb insanları yanğından belə xilas etdi - BAKIDA - VİDEO

Yol polisi 5 Avqust 2019 01:27 Oxunub 4004
Polislər özlərini ölümə atıb insanları yanğından belə xilas etdi - BAKIDA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xilasetmə zamanı polislərdən bir neçəsi tüstüdən zəhərlənib

Avqustun 4-də Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Avtosfer.az-a oxucuların göndərdiyi videodan məlum olur ki, yanğın zamanı xəsarət alaraq tüstüdən boğulanlar olub. Onları hadisə yerinə gələn polislər xilas edib. Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib. Digər polislər paqon yoldaşlarını da xilas ediblər.

Polislərin bu qəhrəmanlığı vətəndaşlar tərəfindən videoya çəkilib. Videodan o da məlum olur ki, sahibkarlar mallarını yanğından xilas edərkən də polislər onlara köməklik göstərib.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Avtosfer.az görüntüləri təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh