Lüis Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub
Yarışma 5 Avqust 2019 07:38 488 dəfə oxunub
Lüis Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub
Üçüncü yeri isə "Ferrari"dən Sebastyan Fettel tutub

"Formula 1" üzrə Macarıstan Qran-prisinə yekun vurulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, mövsümdə 12-ci Qran-prinin qalibi adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. Britaniyalı sürücü son dövrələrdə "Red Bull"dan olan Maks Ferstappeni ötməyi bacarıb. Üçüncü yeri isə "Ferrari"dən Sebastyan Fettel tutub.

Qeyd edək ki, 10 komandadan 20 pilot 70 dövrə və ya 306,63 km yol qət etdikdən sonra finişə çatıblar.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh