DYP-dən sürücülərə nasaz avtomobillərlə bağlı - XƏBƏRDARLIQ
Yol polisi 5 Avqust 2019 13:55 668 dəfə oxunub
DYP-dən sürücülərə nasaz avtomobillərlə bağlı - XƏBƏRDARLIQ
Nəqliyyat vasitələrində yanğının qarşısının alınması üçün təhlükəsizlik tədbirləri görülməlidir

Son zamanlar nəqiliyyat vasitələrində baş verən yanğın hadisələrinin sayının artması, bu sahədə mövcud problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilərək sərnişin və sürücülərin, həmçinin mülki əmlakın yanğından qorunması zərurətini bir daha aktuallaşdırır. Avtonəqliyyat vasitələri hərəkətdə və ya hərəkətsiz olarkən müxtəlif səbəblərdən baş verən ani alışma bəzən bir çox hallarda yanğının yayılaraq qarşısının alınmasını mümkünsüz edir və bu da son nəticədə ciddi fəsadlara gətirib çıxarır. Bu səbəbdən, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ–hüquqi aktların tələblərinə, o cümlədən beynəlxalq norma və standartlarla tənzimlənən hüquqi sənədlərin müddəalarına riayət edilməsi və təhlükəsizliyin təmin olunması üçün bütün mümkün vasitələrdən istifadə etmək zəruri hesab olunmalıdır. 
Nəqliyyat sektorunda baş verən yanğınların sayı ölkə üzrə ümumilikdə qeydə alınan yanğınların 15%-ni təşkil edir və yaşayış sektorundan sonra ikinci yeri tutur. Təkcə son 3 ildə respublika ərazisində avtomobil nəqliyyatı vasitələrində 557 yanğın hadisəsi qeydə alınıb, nəticədə 3 nəfər həlak olub, 9 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. 
2019-cu ilin avqust ayında Şəki DYP tərəfindən təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Sıxılmış və mayeləşdirilmiş qazla doldurulmuş balonlar xüsusi quraşdırılmış avtomobillərdə daşınarkən avtomobili müşayiət edən yükləyicinin sıxılmış qaz balonlarını daşımaq hüququ verən sənədinin olub-olmaması yoxlanılacaq.
Sürücülərin nəzərinə çatdırırıq ki, sürücülər ( xüsusilə də  taksi sürücüləri) tərəfindən yanacaq ehtiyatının yanağacın doldurulması və daşınması üçün nəzərdə tutulmayan plastik qablar vasitəsilə əldə edilməsi, habelə yanacaqla dolu qabların uzun müddət avtomobilin yük yerində, yaxud salonunda saxlanılması gələcəkdə yanğın hadisələrinin baş verməsinə səbəb ola bilər. 
İnsanların həyat və sağlamlığının, eləcə də mülkiyyətin yanğından qorunması üçün avtomobil nəqliyyatı vasitələrinin odsöndürən balonlarla təchiz olunmasına xüsusi nəzarət artırılacaq.

 

Tural Niftalıyev,
Şəki DYPB,
Polis baş leytenantı

ŞƏRH YAZ
Ad
E-mail
Şərh