Bakının ən yeni “qoçu” sürücüsünü siz də tanıyın - VİDEO

Xəbərlər 5 Avqust 2019 15:07 Oxunub 12366
Bakının ən yeni “qoçu” sürücüsünü siz də tanıyın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes”in sürücüsü ehtiyyatda olan qazi-təyyarəçimizə hücum çəkib

Həm günahkardır, həm də “qoç”uluq edir. Görüntülər Bakı şəhərində, Yusif Səfərov küçəsində qeydə alınıb. Avtosfer.az xəbər verir ki, əməkli qazi təyyarəçi, mayor Nizami İbadov idarə etdiyi avtomobillə Babək prospektindən Yusif Səfərov küçəsinə çıxan zaman şəhər istiqamətində hərəkətdə olan 99-SA-060 dövlət qeydiyyat nişanlı “Mercedes”in sürücüsü təhlükəli manevrlər edib, qazla əyləci sıxaraq digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradıb. Nizami İbadovun idarə etdiyi avtomobilə də təhlükə yaradan sürücü bununla da kifayətlənməyərək avtomobilini hərəkətin intensiv olduğu vaxt yolun sol zolağında saxlayaraq “əsəbiləşdiyi” sürücüyə hücum çəkib. Nizami İbadov ona heç bir əhəmiyyət verməyib. Lakin ümid edirik ki, DYP həmin sürücü barəsində müvafiq tədbir görəcək.
Avtosfer.az baş verən həmin qoçunun yolda çıxardığı hoqqanı təqdim edir:

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh