Texniki baxış müddəti bitir: gecikən sürücülər cərimələnəcək - VİDEO

Avtoxəbər 5 Avqust 2019 21:06 Oxunub 3177
Texniki baxış müddəti bitir: gecikən sürücülər cərimələnəcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Texniki baxışa gələrkən diqqət edilməsi vacib olan nüanslar

Ölkə yollarında hərəkət edən avtomobillərin yarasından çoxu texniki baxışdan keçməyib. Avtosfer.az xəbər verir ki, xüsusi ilə iyul-avqust aylarında avtomobillərin növbəti texniki baxış müddəti başa çatsada nədənsə sürücülər bundan yayınır. Sürücülərin əksəriyyəti isə sonuncu gün yoxlanışa gəlir.

Qanunvericiliyə əsasən, bu il hətta avtomobildə nasazlıq aşkarlansa belə sürcüyə bununla bağlı bildiriş verilərək texniki baxışdan keçirilir. Amma əksər sürücü nasazlığı vaxtında aradan qaldırmadığından ölkə yollarında qəzalar baş verir. Ona görə də sürücülər diqqətli olmalı və nasaz maşınlarla yola çıxmamalıdırlar. Texniki baxışa gələrkən diqqət edilməsi vacib olan nüanslar da var.

Qeyd edək ki, avtomobillərini vaxtında texniki baxışa təqdim etməyən sürücü İnzibati Xətalar Məcəlləsinə əsasən 50 manat miqdarında cərimə edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh