Avtosfer.az | Reklam
Bakıda 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı qəzanın ŞOK SƏBƏBİ
Qəzalar 6 Avqust 2019 16:30 4523 dəfə oxunub
Bakıda 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı qəzanın ŞOK SƏBƏBİ
“Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Hövsan-Türkan yolunda “Mercedes” və “Nissan” markalı avtomobillər toqquşub. Qəzada 14 nəfər yaralanıb. Qəzada yaralanan 1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu və 2006-cı təvəllüdlü Musayev Əli Laçın oğlu dünyasını dəyişib. Digər yaralılar 3 saylı şəhər xəstəxanasına gətirilib.

Qəzanın baş verməsi ilə baş şok səbəb ortaya çıxıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin yolda güclü küləyin təsirindən qatı toz-duman yaranıb. Sürücülərin əksəriyyəti maşını kənara çəkərək saxlayıb. Bəziləri isə sürəti azaldıb. Görüntü o qədər məhdud olub ki, qəzanın necə baş verdiyini görən olmayıb. Hətta ərazidəki müşahidə kameraları da bu hadisəni tam qeydə ala bilməyib.

Qəzadan sonra xilazedicilər və təcili yardım əraziyə xeyli gec çatıb.

Dünən Bakı-Quba yolunda da güclü külək ağır qəzaya səbəb olub.

Qeyd edək ki, küləkli hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etmişdi.

***

Suraxanıda ağır yol qəzası zamanı 9-u uşaq olmaqla, 14 nəfər yaralanıb, 1-i uşaq olmaqla, 2 nəfər ölüb. APA xəbər verir ki, Hövsan-Türkan yolunda 2 avtomobil toqquşub. Qəza nəticəsində yaralılardan 1 nəfər hadisə yerində, digər sərnişin isə xəstəxanada dünyasını dəyişib. “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində yaralananlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

3 saylı şəhər xəstəxanasına yerləşdirilən yaralılar:

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu;
1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı;
1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı;
1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı;
3 yaşlı Xudaverdiyev Kənan Əjdər oğlu; 
5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı;
2 yaşlı Fərzizadə Rüqəyya;
12 yaşlı Fərzizadə Xeyrulla;
8 yaşlı Fərzizadə Hüseyn;
3 yaşlı Əsgərzadə Taleh;
7 yaşlı Əsgərzadə Nuray;
14 yaşlı İsrafilov Xəyal;
13 yaşlı Musayev Əli Laçın oğlu;
17 yaşlı Hidayət Bəhramov.

1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu hadisə yerindəcə dünyasını dəyişib. 13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi  başlanılıb.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh