4 avtomobil biri-birinə girdi: motosikletli havada uçdu - VİDEO

Avtosfer TV 6 Avqust 2019 12:37 Oxunub 1211
4 avtomobil biri-birinə girdi: motosikletli havada uçdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzada 2 nəfər ağır yaralanıb

Sosial şəbəkədə dörd nəqliyyat vasitəsinin və 2 motosikletlin iştirakı ilə baş verən dəhşətli yol qəzasının kadrları yayımlanıb. Avtosfer.az xəbər verir ki, görüntülərdə nəqliyyatın intensiv olan vaxtı avtomobillərin normal hərəkət etdiyi görülür. Bir anda orta zolaqda 4 avtomobil biri-birinə çırpılır. Qəzanın şiddətindən avtomobillərdən birinin arxa hissəsi sürüşərək motosikletliyə çırpılır. Beton arakəsmələrə dəyən motosikletli havada uçaraq yerə çırpılır. Digər motosikletli isə sürətini azalda bilməyərək avtomobilə dəyərək kaskası sayəsində xəsarət almaqdan son anda xilas olur.

Qəzanın harada baş verdiyi qeyd edilməyən hadisədə 2 nəfər ağır yaralanıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh