Avtosfer.az | Reklam
Limitsiz avtobanlardan imtina məsələsi rəhbərliyi narahat edir - FOTO
Avtoxəbər 6 Avqust 2019 17:26 666 dəfə oxunub
Limitsiz avtobanlardan imtina məsələsi rəhbərliyi narahat edir - FOTO
Statistikaya görə, qəzaların 60% sürət məhdudiyyəti olan yollarda baş verir

Almaniya sürət məhdudiyyəti tətbiq etməyən yeganə Avropa ölkəsi olaraq qalır. Gəzən şayiələrə görə, Almaniya höküməti avtobanlarda sürət limitini tətbiq etmək niyyətindədir. Öz növbəsində, bu şayiələr «bərkgedən» avtomobillərin istehsalçılarını narahat edir.

Avtosfer.az Autograph.az-a istinadən xəbər verir ki, Which Car nəşrinə müsahibə verən Alpina şirkətinin rəhbəri Andreas Bovenzipen bu məhdudiyyətin sürətli avtomobillərin satışlarına təsir edəcəyini bildirib. Onun sözlərinə görə, əgər güclü avtomobillərdən istifadə edə biləcəyiniz şərait yoxdursa, onları almağın heç bir mənası da yoxdur.

Bovenzipenin fikrincə, əgər belə məhdudiyyət tətbiq edilərsə, avtomobil bazarında qeyri-müəyyənlik yaranacaqdır. «Belə qanunun qəbul edilməsindən sonra, idman avtomobillərinin satışlarının azalacağını gözləmək olar, - Bovenzipen bildirib. - Bizə isə, müştərilərin avtosalonlara qayıdacağına ümid etmək qalır, çünki bahalı və sürətli avtomobillər saat kimidir. Hər kəs onlara sahib olmaq istəyir».

Bovenzipeni narahat edən digər məsələ, belə məhdudiyyətin avtomobillərin keyfiyyətinə təsir edə biləcəyidir. Bir sıra istehsalçıların məntiqinə görə, əgər sürücü 120 km/saatdan yuxarı sürətlənmirsə, asqı və əyləc sisteminin yaxşılaşdırılmasına vəzait qoymaq gərək deyil. Eyni məntiqlə, şin istehsalçıları da məhsula olan baxışlarını dəyişə bilərlər. Onlar əsas aksenti daha sərt tərkiblərə yönəldərək şinlərin ömrünü uzatmağa istiqamət götürə bilərlər. Bu isə, yaş asfaltda ilişmə səviyyəsini azalda və qəzalara gətirib çıxara bilər.

Çoxsaylı nüanslara baxmayaraq, Bovenzipen sonunda sürət məhdudiyyətinin tətbiq ediləcəyi ilə razılaşır. Onun fikrinə görə, avtonom nəqliyyatın inkişafı yollarda sürət məhdudiyyətinin tətbiq edilməsini labüd edəcəkdir.

Hələlik isə, Almaniya avtomagistrallarda sürət məhdudiyyətini tətbiq etməyən yeganə Avropa ölkəsi olaraq qalır. Adətən sürücülərə 130 km/saat həddinə qədər sürətlərlə hərəkət etmək tövsiyyə edilir, lakin sürət həddini aşmağa görə cərimə, yalnız bu pozuntunun qəzaya səbəb olması halında tətbiq edilir. Ən maraqlısı odur ki, sürət məhdudiyyəti olmayan avtobanlardakı qəza ststistikası, 100 km/saat sürət məhdudiyyəti olan digər yollardakından azdır. Statistikaya görə, qəzaların 60% sürət məhdudiyyəti olan yollarda baş verir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh