Audi Q7 sahibi 11 avtomobili darmadağın edib - VİDEO

Avtoxəbər 6 Avqust 2019 17:28 Oxunub 1681
Audi Q7 sahibi 11 avtomobili darmadağın edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya şahid olmuş şəxslərin bildirdiyinə görə, qəza törətmiş sürücü təqibdən qaçıdığını bildirib

Britaniya sakini son zamanların ən bahalı yol-nəqliyyat hadisəsini törədib. Yüksək sürətlə hərəkət edən avtomobilin idarəetməsini itirən britaniyalı, dar küçədə park edilmiş 11 avtomobili taran edib. Bu avtomobillərin arasında McLaren, Porsche, Bentley və Audi modelləri vardır.

The Telegraph agentliyinin məlumatına görə, qəza Londonun ən varlı rayonlarından biri olan Çelsidə baş verib. Kameraların qeydə aldığı görüntülərdə Audi Q7 modelinin Mur-stritə daxil olan zaman idarəetməni itirdiyi və küçənin hər iki tərəfində parklanmış avtomobilləri taran etdiyi görüntülənib. Deyilənlərə görə Audi Q7 sahibi Porsche avtomobilini təqib edirmiş. Xatırladaq ki, bu rayonda olan mənzillərin orta qiyməti 4,5 milyon funt sterlinq təşkil edir.

Polis departamentinin hesabatında qəzada aralarında McLaren, Porsche Cayenne, Bentley Bentayga, Porsche 911, iki Audi Q7 və daha bir Porsche’nin olduğu 11 avtomobilin xəsarət aldığı bildirilir. Yeri gəlmişkən, qəzada xəsarət görən üç avtomobil - Porsche, Bentley və McLaren, - Çelsidə yaşayan bir xanıma məxsusdur. Avtomobil sahiblərinə dəymiş zərər barədə dəqiq məlumat olmasa da, ekspertlərin fikrincə ümumi zərər 500 min funt sterliqin üzərindədir.

Qəzaya şahid olmuş şəxslərin bildirdiyinə görə, qəza törətmiş sürücü təqibdən qaçıdığını bildirib. Sonra isə o, onun avtomobilini vurmuş sürücünü təqib etdiyini söyləyib. Hazırda qəza törədən şəxs xəstəxanadadır və ona qarşı ittiham hələlik irəli sürülməyib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh