Bakıda əks yola çıxan taksi qadın piyadanı belə vurdu - VİDEO

Avtosfer TV 6 Avqust 2019 18:42 Oxunub 3274
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozan belə sürücüləri ağır cəzalandırmaq lazımdır

Zabrat qəsəbəsində piyada vurulması ilə nəticələnən növbəti yol nəqliyyat hadisəsi oxucularımızdan birinin videoregistratorunun görüntülərinə düşüb. Avtosfer.az xəbər verir ki, avqustun 6-da saat 08:21 radələrində 99 RZ 697 dövlət qeydiyyat nişanlı "Daewoo Nexia" markalı taksi sürücüsü tam olaraq əks yola çıxıb sürətli hərəkət edib. Bu zaman yolu keçməkdə olan piyada qadın hərəkət axını tərəfdən gələn nəqliyyat vasitələrinin olmadığına əmin olub yolu keçir. Amma həmin qadın haradan bilə bilərdi ki, hansısa özünü hamıdan üstün sayan bir sürücü əks yola çıxıb o sürətlə gələr.

Görünən odur ki, hər gün baş verən qəzalar bəzi sürücülərə hələ də ibrət olmayıb. Hətta belə qayda pozan sürücülərin videogörüntüləri yayıldıqda "bəlkə xəstəsi var, yəqin tələsir" və s. deyib haqq qazandıranlara demək istəyirik ki, bu vurulan piyada qadının yerində bir gün bizim də əzizlərimiz ola bilər. Nə vaxta qədər belə sürücülərə haqq qazandıracaqsınız?!

Videogörüntünü təqdim edirik.

 

Kənan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh