Məşhur müğənninin köməkçilərinin olduğu təyyarə alovlandı

Maraqlı 6 Avqust 2019 23:56 Oxunub 1283
Məşhur müğənninin köməkçilərinin olduğu təyyarə alovlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan olmadığından, Danimarkadakı konsert ləğv edilməsi gözlənilmir.

Göyərtəsində ABŞ-ın məşhur müğənnisi Pinkin konsert komandası üzvlərinin olduğu təyyarə Danimarkanın Tirstrup şəhərinin aeroportuna eniş edərkən alovlanıb.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, insident zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.

Onlardan heç biri xəsarət almayıb.

Müğənninin özü laynerdə olmayıb. Hava gəmisi Pinkin ötən gün çıxış etdiyi Oslodan havaya qalxıb.

Xəsarət alan olmadığından, Danimarkadakı konsert ləğv edilməsi gözlənilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh