Türkiyədə bayrağımız tərsinə asıldı, azərbaycanlı sürücü müdaxilə etdi - VİDEO

Xəbərlər 7 Avqust 2019 01:19 Oxunub 2258
Türkiyədə bayrağımız tərsinə asıldı, azərbaycanlı sürücü müdaxilə etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlarımızın dövlət rəmzlərimizə qarşı belə diqqətcil və hörmətlə yanaşması təqdirəlayiqdir

Jurnalistika və İnkişaf Mərkəzi İcrtimai Birliyi Avtosfer.az portalı ilə birlikdə “Qaydalar hamı üçündür: nümunəvi sürücü və yol polisi əməkdaşlarının cəmiyyətə tanıdılması” adlı layihəsində diplomla təltif edilən nümunəvi sürücü, hüquqşünas Rüstəm Cəfərov tərəfindən Türkiyədə növbəti dəfə Nümunəvi vətəndaş addımı atılıb. Avtosfer.az xəbər verir ki, həmyerlimiz Türkiyədə olan zaman, otellərin birində Azərbaycan Respublikasının dövlət rəmzi olan üç rəngli bayrağımızın düzgün asılmadığını görüb.Buna biganə qalmayan Rüstəm Cəfərov, dərhal otel rəhbərliyinə haqlı iradını bildirərək bayrağın dirəkdən sökülüb, düzgün düzgün formada asılmasını tələb edib. Nəticədə üç rəngli bayrağımıza edilən hörmətsizlik yerindəcə aradan qaldırılaraq,düzgün formada asılıb.
Vətəndaşlarımızın dövlət rəmzlərimizə qarşı belə diqqətcil və hörmətlə yanaşması təqdirəlayiqdir.
Görüntünü təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh