DYP rəhbərliyi göstəriş verdi - Yol polisi sürücüləri belə məlumatlandırır – VİDEO

Yol polisi 7 Avqust 2019 08:08 Oxunub 8283
DYP rəhbərliyi göstəriş verdi - Yol polisi sürücüləri belə məlumatlandırır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Diqqətli olun, bu yolda nişanlar dəyişib

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonu ərazisində - Lermontov və Teymur Elçin küçələrinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib. Əvvəlki qaydaya görə Teymur Elçin küçəsindən gəlib Lermontov küçəsinə - Nazirlər Kabinetinə dönənlər Dağüstü park tərəfdən gələnlərə yol verirdi. İndi isə hərəkət əksinə təşkil edilib və Dağüstü parkdan gələn sürücülər üçün “Yol ver” nişanı qoyulub. Eyni zamanda, Nazirlər Kabinetinin qarşısından qalxaraq Teymur Elçin küçəsinə dönənlər də əvvəllər Dağüstü parkdan gələnləri gözləməli olurdusa, indi əksinədir.
Bir neçə gündür hərəkətin təşkilində dəyişiklik edilməsinə baxmayaraq hələ də əksər sürücülər nişanlara baxmadan köhnə qaydada hərəkət edir. Kimsə dayanıb üstünlük verilən yoldan gələnlərə yol verdikdə isə arxadakılar siqnal verir və digərlərini çaş-baş salırlar. Bunu nəzər alaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi həmin ərazidə sürücüləri məlumatlandırmaq üçün göstəriş verib. Günün əksər saatlarında həmin ərazidə xidmət aparan YPX inspektorları sürücülərə yeni yol nişanları barədə məlumat verib onları diqqətli olmağa çağırırlar.
Avtosfer.az ərazidən çəkilmiş görüntüləri təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh