Azərbaycanda 8 yaşlı uşaq nənəsini bu maşınla vurub öldürdü - VİDEO-YENİLƏNİB

Qaydalar 8 Avqust 2019 22:41 Oxunub 2864
Azərbaycanda 8 yaşlı uşaq nənəsini bu maşınla vurub öldürdü - VİDEO-YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaq əmisinin həyətdə saxladığı avtomobili hərəkətə gətirib

Lənkəranda azyaşlı uşaq öz nənəsini avtomobillə vurub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bədbəxt hadisə ötən gecə şəhərin M. M. Axund küçəsi 190 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 8 yaşlı uşaq əmisi Zaur Bahadır oğlu Ağayevin evinin həyətində saxladığı avtomobili hərəkətə gətirib və ehtiyatsızlıqdan nənəsi, 1952-ci il təvəllüdlü Zahirə Dilşad qızı Ağayevanın üzərinə sürüb.  Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

inci 9 Avqust 2019 12:13
meyitin seklini yalandan qoymusuz,deyirsiz xestexanada rehmete gedib