Kreditlə satdığı avtomobilin pulunu al bilməyən şəxsdən qeyri-adi üsul – VİDEO

Avtosfer TV 7 Avqust 2019 18:33 Oxunub 5629
Kreditlə satdığı avtomobilin pulunu al bilməyən şəxsdən qeyri-adi üsul – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Satış müqaviləsinə əməl edilmədiyinə görə avtomobil İlhana qaytarılıb

Türkiyənin Ağsaray vilayətində avtomobilini satıb pulunu ala bilməyən şəxs qeyri-adi üsula əl atıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisənin kadrları təhlükəsizlik kamerasına düşüb. Məlumata görə, Ərdəm İlhan, 1.5 il əvvəl 68 HE 946 qeydiyyat nişanlı avtomobilini Şammas Ç.-yə (63) 13 min 500 lirəyə satıb. Şammas Ç., keçən bazar günü xarab olduğuna görə maşını evuakuatorun köməkliyi ilə təmir sexinə gətirib.

Dünən təmir sexinə gedən Şammas Ç., avtomobilin orda olmadığını fərq edib polis şöbəsinə gedərək nəqliyyat vasitəsinin oğurlandığını bildirib. Bundan sonra hərəkətə keçən polis avtomobilin sahibi Ərdəm İlhan olduğu müəyyənləşib.

Polis şöbəsinə gətirilərək dindirilən Ərdəm İlhan avtomobili kreditlə satdığını və pulun müəyyən qədərini alıb, bir hissəsini almadığına görə maşını apardığını söyləyib. Ətrafdakı təhlükəsizlik kameralarını araşdıran polis, İlhanın avtomobili dostunu köməkliyi ilə itələyərək apardığı məlum olub.

Satış müqaviləsinə əməl edilmədiyinə görə avtomobil İlhana qaytarılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh