Ərdəbildə asma şüşə körpü tikilir

Yeniliklər 7 Avqust 2019 19:58 Oxunub 1666
Ərdəbildə asma şüşə körpü tikilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hir şüşə körpüsü İranın ən önəmli turizm layihələrindən biri sayılır

İranın ilk asma şüşə körpüsü Ərdəbil vilayətinin Hir məntəqəsində istismara veriləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əli Əsğər Munesan deyib.

Ə.Munesanın sözlərinə görə, İranda ilk asma şüşə körpünün təməli ötən il qoyulub.

Munesan əlavə edib ki, Hir şüşə körpüsü İranın ən önəmli turizm layihələrindən biri sayılır. “Körpünün ətrafındakı turizm obyekti turistlərin cəlb olunması və bölgənin iqtisadi inkişafına böyük köməklik göstərəcək”.

Qeyd edək ki, Hir asma şüşə körpüsünün İran prezidenti Həsən Ruhaninin Ərdəbilə səfəri zamanı açılışı olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh