Polislərdən şok əməl: həbs etdikləri şəxsi şöbəyə piyada gətirdilər - VİDEO

Avtosfer TV 8 Avqust 2019 09:54 Oxunub 1309
Polislərdən şok əməl: həbs etdikləri şəxsi şöbəyə piyada gətirdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onlar xidməti nəqliyyat vasitəsini gözləməyərək tutulan şəxsi şöbəyə tez gətirmək istəyiblər”

Sosial şəbəkədə 2 polis əməkdaşının at belində oturaraq həbs etdikləri qaradərilini polis şöbəsinə aparma görüntüləri böyük narazılıqlara səbəb olub.

Avtosfer.az xəbər verir ki, insident bir neçə gün əvvəl ABŞ-ın Texas ştatının Qelvston şəhərində qeydə alınıb. Kadrlarda iki polis əməkdaşının at belində oturduğu və həbs etdikləri qaradərilinin əlinə qandal vurduğu sonra da iplə bağlayaraq yolun ortası ilə irəlilədikləri görülür.

Yayımlana səs-küylü videodan sonra Qelvston şəhər polisi üzr istəyərək əməkdaşlarının bu hərəkətini belə izah edib: “Onlar xidməti nəqliyyat vasitəsini gözləməyərək tutulan şəxsi şöbəyə tez gətirmək istəyiblər”.

Avtosfer.az həmin hadisənin kadrlarını təqdim edir:

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh