Küləyin aşırdığı maşında ölən müəllimənin FOTOSU
Gündəm 8 Avqust 2019 14:48 9129 dəfə oxunub
Küləyin aşırdığı maşında ölən müəllimənin FOTOSU
Onlar Nabrandan istirahətdən qayıdarkən qəzaya düşüblər

Xəbər verdiyimiz kimi avqustun 5-də Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən 5-ci km-də Abbasova Nuranə Məhəmməd qızının idarə etdiyi "Nissan Micra" markalı 99 SH 379 dövlət nömrə nişanlı avtomobil güclü küləkdən idarəetmənin itirib  və aşıb.  Nəticədə avtomobildə xəsarət alan  sərnişin Qadımova Gülqəz Savalan qızı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Unikal.org-un əldə etdiyi məlumata görə, 1951-ci il təvəllüdlü Gülqəz Qadımova  əslən Füzuli rayon Köçəhmədli kəndindəndir. Mərhum qəza zamanı avtomobili idarə edən xanım sürücünün anasıdır. Onlar Nabrandan istirahətdən qayıdarkən  qəzaya düşüblər. Mərhum Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbində Azərbaycan dili-Ədəbiyyatı müəllimi işləyirmiş.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh