Ziyarətə gedənlər ağır yol qəzasına düşdülər: 8 yaşlı uşaq öldü, 10 nəfər isə yaralandı – FOTOlar

Avtosfer Foto 8 Avqust 2019 18:35 Oxunub 1966
Ziyarətə gedənlər ağır yol qəzasına düşdülər: 8 yaşlı uşaq öldü, 10 nəfər isə yaralandı – FOTOlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Kastamonu vilayətində iki minik avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında 1 nəfər ölüb, 10 nəfər isə xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Karabük-Kastamonu avtomagistralının Yaşılova istiqamətindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, Murad Yılmazın (38) idarə etdiyi 59 PA 933 dövlət qeydiyyat nömrəli avtomobil, yol kənarında dayanan Berat Öztürkün (20) idarəetməsində olan 34 ZD 2578 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə arxadan çırpılıb.

Qəzanın şiddətindən 34 ZD 2578 dövlət qeydiyyat nömrəli avtomobil deformasiyaya uğrayıb.

Nəticədə 8 yaşlı oğlan ölüb, hər iki avtomobildə olan 10 nəfər isə təcili tibbi yardım maşınları ilə Karabük və Kastamonuda yerləşən xəstəxanalara yerləşdiriliblər.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Yol kənarında dayana Berat Öztürkün avtomobilində olan sərnişinlər bayram ziyarəti üçün Qebzedən Samsuna getdikləri və yol kənarında dincəlmək üçün dayandıqları məlum olub.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh